“Neftçi” – “Qarabağ” görüşünə biletlərin qiyməti 50 manatdır
11.05.2019 , 11:41

Bu gün Topaz Premyer Liqasında sonuncu turun görüşləri baş tutacaq.
Neftçi klubunun rəsmi səhifəsi oyun üçün satılacaq biletlərin qiymətini açıqlayıb. “Baksell Arena”da keçiriləcək “Neftçi” – “Qarabağ” görüşünə biletin birinin qiyməti bütün sektorlar üçün 50 AZN olacaq.
Qeyd edək ki görüş bu gün saat 18:00-da keçiriləcək.
