Topaz Premyer Liqada 28-ci turun oyunları davam edir.
Korner.az-ın məlumatına görə, növbəti oyun günündə daha iki qarşılaşma baş tutub.
Günün ilk oyununda "Bakı" "Simurq"u qəbul edib. Bu mövsüm komandalar arasında keçirilən hər üç qarşılaşmada paytaxt təmsilçisi qələbə qazanıb.
Turun ən çox maraqla gözlənilən qarşılaşmalarından biri "böyük oyun" adlandırılan "Neftçi" – "Xəzər Lənkəran" matçıdır. Bu görüş saat 17:00-da başlayıb.
Qeyd edək ki, turun digər iki oyunu sabah keçirilib.
29 mart (şənbə)
Topaz Premyer Liqa, 28-ci tur
15:00. “Bakı” – “Simurq” 2:1
Qol: Namiq Ələsgərov, 13; İdan Vatsman (ö.q), 22 // Draqan Çeran, 81
Vüqar Mustafayev, qırmızı vərəqə, 45 +1
Hakimlər: Ömər Paşayev, Mübariz Haşımov, Yaşar Abbasov, Mahir Məmmədov
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
17:00.“Neftçi” – “Xəzər Lənkəran” 1:0
Qol: Ernest Nfor, 78
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Vaqif Musayev, Fərid Məmmədov
8-ci km qəsəbə stadionu.
