Bu gün Avropa Liqasında I təsnifat mərhələsinin ilk oyunlarına yükun vurulacaq.
Korner.az-ın məlumatına görə, təmsilçilərimizdən “Neftçi” də yeni mövsümdə ilk oyununa çıxacaq.
Vəli Qasımovun komandası səfərdə Maltanın “Baltsan” klubu ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Ötən mövsüm Avropa Liqasında uğursuz çıxış edən “ağ-qaralar” bu dəfə azarkşelərini sevindirməyə çalışacaq.
Qeyd edək ki, komandalar arasında cavab görüşü bir həftə sonra Bakıda keçiriləcək.
30 iyun
Avropa Liqası
I təsnifat mərhələsinin ilk oyunları
20:00. "Baltsan" (Malta) – "Neftçi" (Azərbaycan) – 0:2
Qol: Rəhman Hacıyev 14, Ruslan Qurbanov 84.
Baş hakim: Yovan Kaludyeroviç
Hakimlər: Daniel Deviç, Vladan Todoroviç
Dördüncü hakim: Mileta Şçepanoviç (hamısı Monteneqro)
Paolo. "Hibernian" stadionu
