Bu gün Azərbaycan Premyer Liqasında bir oyun keçirilib.
Korner.az-ın məlumatına görə, Azərbaycan millilərinin matçları ilə əlaqədar çempionatda qısa fasilə yaransa da, AZAL və “Neftçi” III turun təxirə salınan qarşılaşmasında üz-üzə gəlib.
"AZAL Arena"da reallaşan matç saat 15:00-da başlayıb.
Son üç səfər oyununda qalib gələ bilməyən "Neftçi" uğursuz seriyanı qırıb.
"Ağ-qaralar" səfərdə "Təyyarəçilər"i minimal hesabla məğlub edib.
24 fevral
Azərbaycan Premyer Liqası, III turdan təxirə salınan oyun
15:00. AZAL – “Neftçi” 0:1
“AZAL Arena” stadionu
QOL: Kanales, 8
