Türkiyədə təlim-məşq toplanışında olan "Neftçi" bu gün növbəti yoxlama matçına çıxacaq.
Korner.az-ın məlumatına görə, "ağ-qaralar" Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Faysali" ilə qarşılaşacaq.
Afyonkarahisar İdman Kompleksində keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
Qeyd edək ki, "Neftçi" Türkiyədə keçirdiyi ilk yoxlama görüşündə "Alanyaspor"la 1:1 bərabərə qalıb.
28 iyul
Yoxlama oyunu
