“Neftçi” “Qəbələ”yə qalib gəldi
28.01.2024 , 19:28

Bu gün Azərbaycan Premyer Liqasında XX tura yekun vurulub.
Korner.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma keçirilib.
Günün ilk oyununda “Araz-Naxçıvan” “Sumqayıt”ı qəbul edib. “Dalğa Arena”da keçiriləcək görüşdə qalib müəyyənləşməyib – 1:1.
Turun son matçında “Neftçi” “Qəbələ”ni sınağa çəkib və 3:1 hesablı qələbə qazanıb.
Azərbaycan Premyer Liqası
XX tur
28 yanvar
15:00 Araz-Naxçıvan – Sumqayıt – 1:1
Baş hakim: Əliyar Ağayev
“Dalğa Arena”
17:30 Neftçi – Qəbələ – 3:1
Baş hakim: İnqilab Məmmədov
“Neftçi Arena”
