“Neftçi”dən qələbə, “Qarabağ”dan xal itkisi
27.08.2023 , 22:38

Bu gün Azərbaycan Premyer Liqasında IV tura yekun vurulub.
Korner.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçirilib.
“Neftçi” “Qəbələ”ni qəbul edib. Görüş “ağ-qaralar”ın 2:0 hesablı qələbəsi ilə bitib. Son çempion “Qarabağ” isə “Kəpəz”lə üz-üzə gəlib. Oyunda qalib müəyyənləşməyib – 1:1.
Azərbaycan Premyer Liqası
IV tur
27 avqust
18:30 Neftç – Qəbələ – 2:0
Baş hakim: Rəşad Əhmədov
20:45 Qarabağ – Kəpəz – 1:1
Baş hakim: Əli Əliyev
