“Neftçi” “Qəbələ”yə məğlub oldu
25.03.2023 , 18:24

“Neftçi” yoxlama oyunu keçirib.
Korner.az xəbər verir ki, “ağ-qaralar” “Qəbələ” ilə qarşılaşıb. Görüş Bakıxanov qəsəbəsindəki “Türk Hava Yolları” Futbol Mərkəzində baş tutub.
Üç qolun vurulduğu matçda qonaqlar qələbə qazanıb – 2:1. “Qəbələ”nin qollarını Omar Hani və Ramon Maçado vurub. “Neftçi”də isə Varo Arveladze penaltidən fərqlənib.
