"Neftçi" PFK-nın əvəzedici komandası ölkə çempionatının növbəti turu "Qəbələ" ilə keçirəcəyi matçın hazırlığına start verib. Korner.az– ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Elşad Əhmədovun baş məşqçisi olduğu komanda bu gün klubun bazasında məşq edib. Yüngül qaçışla başlanan hazırlıq daha sonra toplu çalışmalarla davam edib. Xatırladaq ki, əvəzedici komandamız ötən mövsüm məhz "Qəbələ" klubunu qabaqlayaraq ölkə çempionatın qızıl medallarına sahib olmuşdu.
