“Neftçi” “Qəbələ” üçün hazırlığı başa vurdu
09.02.2026 , 20:45
“Neftçi” Azərbaycan Premyer Liqasının 19-cu turunda qarşılaşacağı “Qəbələ” ilə matçın hazırlığını yekunlaşdırıb.
Korner.az xəbər verir ki, komandanın üzvləri bu gün “Palms Sports” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıblar.
Klubun futbolçuları – İqor Ribeyro və Freddi Varqas cəzalı olduqları üçün bu görüşü buraxacaqlar.
Qeyd edək ki, fevralın 10-da “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Qəbələ” matçı saat 19:00-da başlanacaq.