“Neftçi” – “Qəbələ” oyunu canlı yayımda
12.06.2020 , 11:26

“Neftçi” və “Qəbələ” arasında keçiriləcək yoxlama oyunu canlı yayımlanacaq.
Korner.az xəbər verir ki, azarkeşlər iyunun 13-ü saat 19:00-da “Bakcell Arena”da keçiriləcək yoxlama matçını “CBC Sport”da izləyə biləcəklər.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın iyunun 14-15-də yaşayış yerini tərk etməklə bağlı qadağa qoyması səbəbindən bu oyun ayın 14-dən 13-nə keçirilib.
