Premyer Liqanın III turu çərçivəsində keçirilməli olan "Neftçi" – "Qəbələ" matçının vaxtı dəyişdirilib.
Korner.az-ın məlumatına görə, PFL prezidenti Ramin Musayevin əmrinə əsasən görüş 19 avqust 2012-ci il tarixindən 18 avqust 2012-ci il tarixinə keçirilib.
Qeyd edək ki, bu dəyişiklik "Neftçi"nin evdə Avropa Liqasının "play-off" mərhələsində avqustun 23-də Kiprin APOEL klubunu qəbul etməsi ilə bağılıdır.
