“Neftçi” Polşa klubuna uduzdu
15.01.2023 , 14:33

“Neftçi” Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində bu gün növbəti yoxlama oyununu keçirib.
Korner.az xəbər verir ki, “ağ-qaralar” Polşanın “Medz Leqnisa” klubu ilə qarşılaşıb və 1:2 hesabı ilə uduzub.
“Neftçi” Antalyadakı ilk yoxlama matçında Macarıstan təmsilçisi “Vaşaş” ilə heç-heçə edib – 1:1.
Laurentsiu Regekampfın rəhbərlik etdiyi kollektiv son sınaq matçında yanvarın 19-da “Srvena Zvezda” ilə üz-üzə gələcək.
