“Neftçi” Petrovla yolları ayırdı – RƏSMİ
13.01.2020 , 18:48

“Neftçi” ukraynalı legioneri Kirill Petrovla yollarını ayırdığını rəsmən açıqlayıb.
Korner.az xəbər verir ki, 30 yaşlı mərkəz müdafiəçisiylə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Klub Petrova gələcək karyerasında uğurlar arzulayır.
Qeyd edək ki, Kirill 2017-ci ildən çıxış etdiyi “Neftçi”nin heyətində bu mövsüm 17 oyunda meydana çıxıb.
