“Neftçi” “Persepolis”in futbolçusu ilə maraqlanır
28.07.2020 , 17:53

İran milli komandasının və “Persepolis”in futbolçusu Əli Əlipur karyerasını Azərbaycanda davam etdirə bilər.
Korner.az xəbər verir ki, 25 yaşlı hücumçuyla “Neftçi” yaxından maraqlanır. Bu barədə “Metaratings” nəşri məlumat yayıb.
“Ağ-qaralar” 24 yaşlı hücumçuya illik 300 min avro maaş təklif etdiyi bildirilir.
