"Neftçi"nin Avroliqadakı sonuncu ev oyunu
Avroliqanın qrup mərhələsi çərçivəsində niyabrın 22-də keçiriləcək "Neftçi" – "Partizan" oyununa bilet satışı davam edir.
"Ağ-qaralar"ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin Korner.az-a verdiyi məlumata görə, artıq 1500 civarında bilet satılıb. Bu rəqəmin oyun gününə kimi artacağı istisna deyil.
Qeyd edək ki, "Neftçi" – "Partizan" matçı saat 21:00-da başlayacaq.
