Bilet satışı davam edir
Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Neftçi"-"Partizan" matçı üçün bilet satışı davam edir.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, artıq biletlərin 4150 ədədi satılıb. Xatırladaq ki, azarkeşlər biletləri T.Bəhramov adına stadionun kassalarından və "Park Bulvar" ticarət mərkəzindən ala bilərlər.
Bilet satışı barədə klubumuz tərəfindən ictimaiyyətə mütəmadi məlumat veriləcək.
