Bu gün Azərbaycan Premyer Liqasında 18-ci tura yekun vurulacaq.
Korner.az-ın məlumatına görə, ikinci oyun günündə daha iki görüş keçiriləcək.
AZAL öz meydanında "İnter"i qəbul edəcək. Turnir cədvəlində sonuncu olan "təyyaçilər" 2017-ci ildəki ilk qələbəsini "İnter" üzərində qazanmağa çalışacaq. Son 2 turda cəmi 1 xal toplayan Zaur Svanadzenin komandasının da hədəfi 3 xaldır.
Turun son oyunu isə "Bakcell Arena"da keçiriləcək. "Neftçi" "Sumqayıt"la üz-üzə gələcək.
Azərbaycan Premyer Liqası
XVIII tur
13 fevral (bazar ertəsi)
15:00 AZAL – “İnter” 0-1
Nizami Hacıyev 84
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Vüsal Qənbərov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Məlik Həsənov
“AZAL Arena”
17:30 “Neftçi” – “Sumqayıt” 1-0
Uqo Barqas 86
Hakimlər: Fariz Yusifov, Mübariz Haşımov, Nahid Əliyev, Ziya Nəsirov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Şahin Cəfərov
“Bakcell Arena”
