“Neftçi” oyuna ciddi itki ilə çıxacaq
11.04.2019 , 14:23

Topaz Premyer Liqanın 24-cü turunda “Səbail”in qonağı olacaq “Neftçi” oyuna ciddi itki ilə çıxacaq.
“Ağ-qaralar”ın oyunçusu Emin Mahmudov qarşıdakı görüşü buraxacaq. Ötən tur “Zirə” ilə matçda (4:2) sarı vərəqə gördüyü üçün cəzalı duruma düşən yarımmüdafiəçi vacib oyunda meydana çıxa bilməyəcək.
