“Neftçi” onu göndərdi
22.01.2022 , 16:23

“Neftçi” futbolçusu Xorxe Korrea ilə yollarını ayırıb.
Korner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı argentinalı yarımmüdafiəçinin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.
Qeyd edək ki, Xorxe Korrea mövsümün əvvəlində “Neftçi”yə keçib.
