“Neftçi” onu göndərdi
16.07.2023 , 11:01

“Neftçi” futbolçusu Solomon Kverkveliya ilə yollarını ayırıb.
Korner.az xəbər verir ki, 31 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
2022-ci ilin iyulunda “Neftçi”yə transfer olunmuş Kverkveliya bu müddət ərzində 42 rəsmi oyunda meydana çıxıb, 2 qola imza atıb.
