“Neftçi” onları göndərdi
28.06.2024 , 13:43

“Neftçi” iki futbolçu ilə yolları ayırıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Fələstinli yarımmüdafiəçi Ataa Caber və qapıçı Aqil Məmmədovun başa çatan müqaviləsi yenilənməyib.
2022-ci ilin iyununda transfer olunmuş Caber “Neftçi”nin heyətində 58 rəsmi oyunda meydana çıxıb, 9 qol vurub. Aqil Məmmədov isə 2015-2016, 2018-2024-cü illər ərzində “Neftçi”nin heyətində 112 oyun keçirib.
