“Neftçi” “Olimpiakos”la oyuna hazırlaşır
25.07.2021 , 11:11

“Neftçi” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində qarşılaşacağı “Olimpiakos”la cavab matçının hazırlığına başlayıb.
Yunanıstanda keçirilmiş ilk oyundan sonra Bakıya qayıdaraq istirahət edən komandanın üzvləri ötən gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıblar. Əsasən fiziki və toplu çalışmalardan ibarət olan hazırlıq prosesi “Neftçi TV” vasitəsilə canlı yayımlanıb.
“Olimpiakos”la cavab görüşü iyulun 28-i saat 21:00-da “Bakcell Arena”da keçiriləcək.
