“Neftçi” Çempionlar Liqasında mübarizəni dayandırdı
28.07.2021 , 22:50
“Neftçi” bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununa çıxıb.
Korner.az xəbər verir ki, “ağ-qaralar” “Olimpiakos”u qəbul edib. Görüş Samir Abasovun komandasının 0:1 hesablı məğlubiyyəti ilə bitib.
Bununla da təmsilçimiz yoluna Avropa Liqasında davam edəcək.
UEFA Çempionlar Liqası
28 iyul
21:00. Neftçi – Olimpiakos – 0:1
Baş hakim: Rikardo de Burqos (İspaniya)
Bakı. “Bakcell Arena”.
İlk oyun – 0:1