Bakının “Neftçi” klubu bu gün Avropa Liqasına II təsnifat mərhələsinin cavab oyununda qüvvəsini sınayacaq.
Korner.az-ın məlumatına görə, Böyükağa Hacıyevin yetirmələri Sloveniyada “Koper”in qonağı olacaq. Bakıda 1:2 hesabı ilə rəqibinə boyun əyən “Neftçi” mərhələ adlamaq üçün çətin işin öhdəsindən gəlməlidir.
“Ağ-qaralar” ən azı 2 qol vurmalıdır ki, ümumi hesabda qalib gəlsin. Bakılılar bunu bacarmasa, ardıcıl 2-ci mövsüm yarışı elə ilk mərhələdəcə başa vuracaq.
Avropa Liqası
II təsnifat mərhələsi, cavab oyunları
24 iyul
"Koper" (Sloveniya) – "Neftçi" – 0:1
QOLLAR: Seyidov 21, Kardozo 84
Baş hakim: Benoit Millot (Fransa)
Koper. SRC Bonifika stadionu