Futbol

“Neftçi” Namiq və “Bursaspor”la bağlı hüquqi proseslərə başlayır

14.08.2021 , 19:40

“Neftçi” Tükiyənin “Bursaspor” klubuna keçən Namiq Ələsgərovla bağlı açıqlama yayıb.

Korner.az xəbər verir ki, açıqlamada bildirilir:

“Neftçi” PFK futbolçumuz Namiq Ələsqərovla bağlı “Bursaspor” klubunun rəsmi müvaqilə imzalanması ilə bağlı verdiyi elanla artıq tanışdı. Hesab edirik ki, futbolçumuz heç bir əsas olmadan klubu ilə birtərəfli şəkildə müqaviləyə xitam verib. Bunu əsas alaraq “Neftçi” PFK futbolçusu Namiq Ələsgərova və müqavilə imzaladığı Türkiyə klubuna qarşı gecikmədən hüquqi proseslərin başlanması ilə əlaqədar vəkillərə tapşırıq verib”.

Son yazılar

Yuxarı