“Neftçi” məşqləri bərpa etdi
18.03.2021 , 15:48
“Neftçi” 3 günlük fasiləyə son qoyub.
Korner.az xəbər verir ki, “ağ-qaralar” bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıb. Əsasən toplu çalışmalardan ibarət olan hazırlıq prosesində milli komandaların düşərgəsinə yollanmış, eləcə də müxtəlif səbəblərdən icazəli olan futbolçular iştirak etməyiblər.
Yeni transfer Keysuke Honda isə fərdi məşqlə kifayətlənib.
“Neftçi” növbəti rəsmi oyununu aprelin 4-də keçirəcək. Flaqman Premyer Liqanın XXI turunda “Sumqayıt”ı qəbul edəcək.