Neftçi”nin mövsümün son akkordlarında heyətinə qatdığı Soni Mustivar özünü yaxşı tərəfdən göstərə bildi.
Müqavilə müddəti başa çatan yarımmüdafiəçi ilə sözləşmə uzadılacaq. Paytaxt klubu haitili futbolçunun çıxışından razı olduğu üçün bu addımı atıb.
Qeyd edək ki, 28 yaşlı futbolçu “ağ-qaralar”da 8 oyun keçirib.
