“Neftçi” rəhbərliyinin qərarı ilə Azərbaycan kubokunun “Xəzər Lənkəran”a qarşı keçirilmiç final oyunu sonrası baş verən olaylar zamanı, vəzifə təlimatlarını düzgün yerinə yetirməyən “Neftçi” PFK-nın Təhlükəsizlik Xidmətinin işinə yenidən baxılması və günahkar şəxslərin cəzalandırılması barədə sərəncam verilib.
Korner.az-ın məlumatına görə, bu haqda klubun saytı məlumat yayıb.