“Neftçi” Moldovadan qələbə ilə dönür
11.07.2019 , 10:20

Bu gün “Neftçi” Avroliqada mübarizəyə başlayacaq.
Korner.az-ın məlumatına görə, təmsilçimiz Moldovanın “Sperantsa” klubunun qonağı olacaq.
Görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək və “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.
Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 18-də Bakıda keçiriləcək. Mərhələni adlayan tərəf Rusiyanın “Arsenal” (Tula) klubu ilə qaşılaşacaq.
11 iyul
Avropa Liqası, I təsnifat mərhələsi
İlk oyunlar
21:00. “Sperantsa” (Moldova) – “Neftçi” (Azərbaycan) 0:3
Baş hakim: Tim Marşal (Şimali İrlandiya)
Kişinyov, “Zimbru” stadionu
