“Neftçi” Moldova klubuna qarşı – Yenilənir
18.07.2019 , 10:19

Bu gün Avropa Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulacaq.
Korner.az-ın məlumatına görə, turnirdəki təmsilçimiz “Neftçi” də cavab matçına çıxacaq. Paytaxt klubu Moldovanın “Sperantsa” klubunu qəbul edəcək. Səfərdəki görüşdə 3 cavabsız qolla qalib gələn “ağ-qaralar” növbəti mərhələyə yüksəlmək üçün böyük üstünlük əldə edib.
Qeyd edək ki, mərhələni adlayan tərəf Rusiya “Arsenal”ı (Tula) ilə qarşılaşacaq.
18 iyul
Avropa Liqası, 1-ci təsnifat mərhələsinin cavab oyunu
21:00 “Neftçi “(Azərbaycan) – “Sperantsa” (Moldova)
İlk oyun – 3:0
Baş hakim: Yulian Vaynbeger (Avstriya)
Bakı. “Bakcell Arena”
