“Neftçi” Mik Benetlə yolları ayırdı
08.06.2020 , 17:34

“Neftçi”də ayrılıq reallaşıb.
Korner.az xəbər verir ki, paytaxt klubunun akademiyasının müqavilə müddəti başa çatan direktoru Mik Benetlə qarşılıqlı razılaşma əsasında yollar ayrılıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
İngiltərəli mütəxəssis keçən ildən akademiyaya rəhbərlik edirdi.
