“Qarabağ” “Neftçi” ilə oyuna tam heyətlə çıxa bilməyəcək.
Korner.az-ın məlumatına görə, Leroy Corc Azərbaycan derbisinin iştirakçısı olmayacaq.
Holland hücumçu hələ də həkim nəzarəti altındadı. Məşqlərə qatılmayan Leroy bu səbəbdən “Neftçi” matçını kənardan izləməli olacaq.
Qeyd edək ki, 27 yaşlı hücumçu Premyer Liqada keçirdiyi 29 oyunda 9 qola imza atıb.
