“Neftçi”dən üzüqara vida
20.07.2018 , 00:55

Bu gün Avropa Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulacaq. Təmsilçimiz “Neftçi” də cavab matçına çıxacaq.
“Ağ-qaralar” Macarıstanda “Uypeşt”in qonağı olacaq. Bakıda keçirilən ilk görüşdə 3:1 hesabı ilə qalib gələn paytaxt təmsilçisi bu üstünlüyünü qorumağa çalışacaq.
Qeyd edək ki, “Neftçi” bu rəqibini keçsə, 2-ci təsnifat mərhələsində İspaniyanın “Sevilya” klubu ilə qarşılaşacaq.
23:00. “Uypeşt” (Macarıstan) – “Neftçi” (Azərbaycan) 4:0
İlk oyun – 1:3
Baş hakim: İoannis Papadopulos (Yunanıstan)
Budapeşt. Şuşa Ferens stadionu
