Futbol

“Neftçi”: mətbuat konfransı və açıq məşq

15.07.2021 , 20:40

Çempionlar Liqasının II təsnifat mərhələsində iyulun 21-i Bakı vaxtı ilə saat 23:00-da Georgios Karaiskakis stadionunda keçiriləcək “Olimpiakos” – “Neftçi” oyunu öncəsi Azərbaycan təmsilçisinin baş məşqçisi Samir Abasov və seneqallı futbolçu Mamadu Mbodjun iştirakı ilə mətbuat konfransı təşkil olunacaq.

Korner.az xəbər verir ki, tədbir iyulun 20-si Bakı vaxtı ilə saat 22:30-dan etibarən Georgios Karaiskakis stadionunun mətbuat zalında keçiriləcək.

Konfransdan sonra, saat 23:00-da isə komandanın media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqəsi) baş tutacaq.

Eyni məkanda həmin gün saat 17:30-da rəqib komandanın mətbuat konfransı olacaq.

Bu tədbirlərin “Neftçi TV” vasitəsilə canlı yayımlanması nəzərdə tutulub.

Son yazılar

Yuxarı