“Neftçi” məşqləri bərpa etdi
15.10.2019 , 22:21

“Neftçi” məşqləri bərpa edib.
Korner.az xəbər verir ki, komanda birgünlük fasilədən sonra bu gün öz bazasında məşqə çıxıb.
Məşqdə U-21 və Haiti milli komandalarının düşərgəsində olanlardan başqa bütün futbolçular iştirak ediblər. Hazırlıq sabah bir məşqlə davam edəcək.
Oktyabrın 20-si “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Zirə” oyununa saat 17:00-da start veriləcək.
