Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən güclü klublarının növbəti reytinq cədvəlini açıqlayıb.
Korner.az-ın məlumatına görə, siyahıda ölkəmizi iki klub təsmil edir.
452 ən güclü klubun qərarlaşdığı siyahıda Bakının "İnter" klubu 60 xalla 426-cı pillədədə qərarlaşıb. Ən yaxşı göstəriciyə isə "Neftçi" malikdi. "Ağ-qaralar" 92,5 xa toplayaraq 9 pillə irəliləyib. Bu irəliləyiş sayəsində bakılılar 180-ci yerə yüksəliblər. Bununlada Böyükağa Hacıyevin yetirmələri “Botafoqo” (Braziliya), “Spartak” (Moskva, Rusiya), “Parma” (İtaliya), “Betis” (İspaniya), “Hapoel” (Kiryat-Şmona, İsrail), “Braqa” (Portuqaliya), “Katanya” (İtaliya) kimi məhşur klubları arxada qoyub.
Siyahıya 307 xala malik "Çelsi" baçılıq edir. Madrid "Atletiko"su ikinci (304 xal), "Bavariya" isə üçüncüdü (292).