Futbol

“Neftçi” mərhələni keçsə, “Olimpiakos”la qarşılaşacaq

16.06.2021 , 17:39

Bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

Korner.az xəbər verir ki, püşkün nəticəsinə görə, “Neftçi” – “Dinamo” (Tbilisi) cütünün qalibi II təsnifat mərhələsində Yunanıstanın “Olimpiakos” klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, “Dinamo” ilə ilk oyun iyulun 6-7-də səfərdə, cavab matçı isə ayın 13-14-də “Bakcell Arena”da keçiriləcək. II təsnifat mərhələsinin görüşləri isə iyulun 20-21-də və 27-28-də baş tutacaq.

Son yazılar

Yuxarı