“Neftçi” Ələkbər Məmmədovun xatirə turnirində iştirak edəcək
07.01.2020 , 18:51

“Neftçi”nin U-10 komandası klubun veteran futbolçusu, SSRİ-nin və Azərbaycanın əməkdar məşqçisi, əməkdar idman ustası Ələkbər Məmmədovun xatirəsinə həsr olunmuş turnirdə iştirak edəcək.
Korner.az xəbər verir ki, “ağ-qaralar” 2010-cu il təvəllüdlü futbolçular arasında yanvarın 9-dan 12-dək “Amasiya” İdman Kompleksində keçiriləcək yarışda çıxış edəcək.
Turnirdə 2 qrupdan ibarət 8 komanda mübarizə aparacaq.
