“Neftçi” legionerini göndərdi – Rəsmi
14.01.2025 , 11:31

“Neftçi” daha bir futbolçusu ilə yolları ayırıb.
Korner.az xəbər verir ki, Kilan Lebonla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
2023-cü ilin yanvarında transfer olunmuş 27 yaşlı fransalı yarımmüdafiəçi “ağ-qaralar”ın heyətində 73 rəsmi oyun keçirib, 6 qol vurub.
