“Neftçi” legionerini göndərdi
24.07.2024 , 11:50

“Neftçi” futbollçusu Dieqo Valdezlə yollarını ayırıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 30 yaşlı yarımmüdafiəçi ilə başa çatan müqavilə yenilənməyib.
Klub futbolçuya təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, Valdez 2023-cü ildən “Neftçi”də oynayırdı.
