“Neftçi” legionerini göndərdi
27.06.2022 , 12:47

“Neftçi” futbolçusu Ramon Maçado ilə yollarını ayırıb.
Korner.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, braziliyalı hücumçunun başa çatan müqaviləsi yenilənməyib.
Qeyd edək ki, 2021-ci ilin sentyabrında transfer olunmuş Maçado “Neftçi”də 28 oyun keçirib, 7 qol vurub.
