“Neftçi” daha bir futbolçusu ilə yolları ayırıb.
Klubdan korner.az-a verilən məlumata görə, müqaviləsi başa çatan qapıçı Miçal Peskoviçlə yeni razılaşma əldə olunmayıb.
Buna səbəb tərəflərin maliyyə məsələsində ortaq məxrəcə gələ bilməməsi olub.
Slovakiyalı qolkiper mövsümün əvvəlində Polşanın “Podbeskidze” klubundan transfer olunmuşdu.
