“Neftçi” Lavalı satır
11.01.2023 , 17:44

“Neftçi” Yusuf Lavalı Portuqaliyanın “Arouka” klubuna satır.
Korner.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın saytı məlumat yayıb. Bildirilir ki, “Neftçi” “Arouka” ilə Yusuf Lavalın satışı ilə əlaqədar rəsmi danışıqlara başlayıb.
Nigeriyalı yarımmüdafiəçi bu gün komandanın düşərgəsindən ayrılaraq Bakıya dönəcək. O, viza problemini həll etdikdən sonra Portuqaliyaya yola düşəcək. Yusuf Laval tibbi baxışdan uğurla keçəcəyi halda, rəsmi satış müqaviləsi imzalanacaq.
