“Neftçi” Kiyev “Dinamo”suna uduzdu
20.01.2020 , 19:58

Təlim-məşq toplanışını Antalyada davam etdirən “Neftçi” bu gün daha bir yoxlama oyunu keçirib.
Korner.az xəbər verir ki, “ağ-qaralar” Kiyev “Dinamo”su ilə qarşılaşıb. Paytaxt klubu bu matçda 1:2 hesabı ilə məğlub olub.
Qeyd edək ki, ilk yoxlama görüşündə Polşanın “LKS Lodz” klubuna 0:4 hesabı ilə məğlub olan təmsilçimiz yanvarın 24-də “Desna” (Ukrayna) ilə qarşılaşacaq.
Yoxlama oyunu
18:00. “Neftçi” – “Dinamo” (Kiyev) – 1:2
Qol: Platellas, 69
