Ölkə futbolu

“Neftçi” “Keşlə” ilə heç-heçə etdi

15.01.2021 , 21:24

“Neftçi”nin əvəzedici komandası təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib.

Korner.az xəbər verir ki, baş məşqçi Mahmud Qurbanovun yetirmələri “Keşlə-2” ilə qarşılaşıb.

“Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan və “Neftçi TV” vasitəsilə canlı yayımlanan matçda heç-heçə qeydə alınıb – 1:1.

Hesabı 39-cu dəqiqədə “Neftçi”nin hücumçusu Nicat Musayev açıb. Bundan 5 dəqiqə sonra təhlükəni sovuşdurmaq istəyən Nihad Qurbanlı avtoqola imza atıb.

Yanvarın 11-dən “Türk Hava Yolları Futbol Mərkəzi”ndə təlim-məşq toplanışında olan “Neftçi-2” növbəti sınaq matçını “Sumqayıt-2”yə qarşı keçirəcək. Yanvarın 22-də “Kapital Bank Arena”da baş tutacaq oyun saat 14:00-da start götürəcək.

Son yazılar

Yuxarı