Premyer Liqa

“Neftçi” və “Səbail”dən qələbə

04.05.2021 , 00:25

Bu gün Azərbaycan Premyer Liqasında 25-ci tura start verilib.

Korner.az-ın məlumatına görə, ilk oyun günündə 2 matç keçirilib. Əvvəlcə “Neftçi” “Keşlə”nin qonağı olub. Meydan sahibləri bu görüşdə 0:3 hesabı ilə uduzub.

Günün son qarşılaşmasında isə “Səbail” “Qəbələ”ni qəbul edib. Görüş “dənizçilər”in 1:0 hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.

3 may (bazar ertəsi)

18:00. “Keşlə” – “Neftçi” – 0:3
Hakimlər
: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov
“ASK Arena”

20:15. “Səbail” –“Qəbələ” – 1:0
Hakimlər
: İnqilab Məmmədov, Namiq Hüseynov, Nahid Əliyev, Rauf Allahverdiyev
“ASCO Arena”

4 may (çərşənbə axşamı)

18:00. “Qarabağ” – “Zirə”
“Azersun Arena”

20:15. “Sumqayıt” – “Sabah”
“Kapital Bank Arena”

Son yazılar

Yuxarı