“Neftçi” “Keşlə”yə qalib gəldi
19.09.2021 , 20:23

Azərbaycan Premyer Liqasında IV turun oyunları davam edir.
Korner.az xəbər verir ki, 2-ci oyun günündə 1 matç keçirilib. “Neftçi” evdə “Keşlə”ni qəbul edib. “Ağ-qaralar” bu görüşdə 3 qolla qalib gəlib – 3:0.
19 sentyabr (bazar)
18:30. “Neftçi” – “Keşlə” – 3:0
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Tural Qurbanov
“Bakcell Arena”
