Ölkə futbolu

“Neftçi” qalib gəldi, “Zirə” və “Sumqayıt”dan heç-heçə

10.06.2020 , 21:54

Premyer Liqaya hazırlığı davam etdirən daha 6 komanda bu gün yoxlama oyunu keçirib.

“Neftçi” “Bakcell Arena”da “Keşlə” ilə üz-üzə gəlib. Oyun meydan sahiblərinin qələbəsi ilə bitib – 3:1.

“Zirə” isə Zirə İdman Kompleksinin stadionunda “Səbail”i sınağa çəkib. Oyun 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

“Kapital Bank Arena”da baş tutan matçda isə “Qəbələ” və “Sumqayıt” qarşılaşıb. Görüşdə qalib müəyyənləşməyib – 2:2.

Yoxlama görüşü
10 iyun

18:00. “Neftçi” – “Keşlə” – 3:1

Qol: Emin Mahmudov, 10(pen), 12 A.Kristovao, 65, Rəhman Hacıyev, 90+3

“Bakcell Arena”

18:00. “Zirə” – “Səbail” – 2:2

Qol: Ağabala Ramazanov, 16, Maykl Essyen, 30, T.Manafov, 49, Kqasvane, 69
Zirə İdman Kompleksinin stadionu

20:00. “Sumqayıt” – “Qəbələ” – 2:2

Qol: Elvin Cəfərquliyev, 8, Roman Hüseynov, 42, Rassel, 60(pen), Amil Yunanov, 73
“Kapital Bank Arena”

Son yazılar

Yuxarı