“Neftçi” – “Keşlə” matçının biletləri satışda
15.02.2020 , 16:16

Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində keçiriləcək “Neftçi” – “Keşlə” oyununun biletləri satışa çıxarılıb.
Korner.az xəbər verir ki, qiyməti VİP yerlərə 5 AZN, qalan bütün sektorlara isə 1 AZN təşkil edən biletləri oyunun keçiriləcəyi “Bakcell Arena”nın kassalarından əldə etmək mümkündü.
Sabah baş tutacaq “Neftçi” – “Keşlə” oyununa saat 19:00-da start veriləcək.
